İndi bütün güclərini AİLƏ yə qarşı birləşdiriblər MİRŞAHİN AĞAYEV YAZIR

30.01.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Ailə Dövlətin təkcə kiçik şəkli deyil, həm də böyük şəklidir. Azərbaycanın Dövlət müstəqilliyini hədəf alan və öz məqsədinə nail ola bilməyənlər indi bütün güclərini onun təməlinə-Ailəyə qarşı birləşdiriblər. Sosial şəbəkələrdə, sosial “mediada”, Göstərən Mobil Cihazlarda, bəzi telelayihələrdə şoy-biznes tanınmışlarının (ailəsi olmayan!!!) əsasən əyləncə, qayğısız, meşşan, harın həyat tərzinin timsalında uzun müddət Ailə dəyərlərinin əsaslarını laxlatmağa gətirib çıxaran addımlar AİLƏNİN İLKİN ƏRAZİ İNZİBATİ VAHİD olaraq sıradan çıxarılması ideyasına töhfə verib. Antimilli qüvvələrin, xaricdə mənzillənən mənəvi terror qruplarının, eləcə də dövlət əleyhinə olan fəaliyyətlərinə görə barələrində qiyabi hökm çıxarılmış məhbusların bu hücumda əsas silahı ən məsuliyyətsiz çağırışların da asan tirajlanması üçün əlverişli olan mobil vasitələrdir. Ailə dəyərlərini gözdən salmaq, Ailə sədaqətinin-əsrlər boyu millət olaraq bizi ayaqda saxlayan bu Müqəddəs Qanunun üzərinə anarxistcəsinə getmək: milli özünümüdafiə sistemimizə müharibə elan etmək, Qərb dəyərləri adı altında LGBT-çiliyi, pasifizmi ardıcıl təbliğ etmək-məhz həmin alternativ “əxlaq”-ı cəmiyyətə həzm etdirməyə hesablanıb. Azərbaycanın Bütövlükdə Dövlət halında süqutuna nail ola bilməyənlər Vətəndaşı Fərdi qaydada məğlub etmək üçün hibrid müharibə aparır. Xaricdə mənzillənmiş “xəyanət taqımı” da elə bu əməliyyatın tərkib hissəsidir. Təkrar edim: Azərbaycan torpaqlarını işğal etmək alınmadı. Dövləti kənd-kənd, rayon-rayon, şəhər-şəhər…istila edə bilməyənlər indi Azərbaycanı ailə-ailə, insan-insan işğal etməyə çalışırlar. Hibrid müharibədə hamımız hədəfik. Hər birimizin ailəsindən Birinci Ailəyə qədər! Onların bu savaşda silahı, sursatı, cəbbəxanası yalandır, qarayaxmadır, böhtandır, şantajdır, yeni texnologiyalar, o cümlədən süni intellektdir.

Bir zamanlar deyərdik: “Hamı Bir Nəfər Kimi!”

İndi deyirik: “Hamı Bir Ailə Kimi”! Biz Ailəmizi Azərbaycan dövləti kimi, Dövlətimizi Ailəmiz kimi qorumalıyıq. Söz azadlığı, demokratiya adı altında rəqəmsal mühitdə xalqımıza, müqəddəs dəyərlərimizə qarşı törədilənlər, virtual vətəndaş müharibəsi olmaqla əslində Dövlətin, Milli Birliyin onurğasına-Ailə İnstitutuna təcavüzdür. Bu gün ailəni hədəfə alanlar milləti, xalqı yüzillər boyu qoruyub saxlayan ənənəvi “ata-ana-övlad” bioloji-mənəvi müttəfiqliyinə nifrət aşılayırlar. Buna görə də rəqəmsal platformaya çıxışı olan hər kəs öz sosial hesabını Dövlət Uğrundaı səngərə çevirməlidir. Azərbaycan Ailəsini, onun timsalında, Müstəqil Dövlət ideyasını, Milli Birlik anlayışını-AİLƏNİ hədəfə alan hər bir kəs qarşısında hər birimizin ailəsini görməlidir. Mən hər kəsi Azərbaycanın Dövlət müstəqilliyinə, Mənəvi Ərazi bütövlüyünə qarşı rəqəmsal savaş açanları susdurmağa çağırıram!

Mirşahin Ağayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью