İndi də Hörmüzün adını dəyişmək istəyir

02.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını öz şərəfinə dəyişdirmək barədə düşündüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ lideri “Truth Social” hesabında paylaşım edib:

“İndi bu boğaz ABŞ-nin nəzarəti altında olduğuna görə, bəlkə onun adını dəyişib Tramp boğazı qoyaq? Amerikanın özü kimi, o da hər zamankından daha “isti” olacaq!”

Xatırladaq ki, bundan əvvəl “Axios” portalı İranın Hörmüz boğazı üzərindəki nəzarəti itirdiyini və su yolunun artıq ABŞ-nin idarəçiliyinə keçdiyini iddia etmişdi. Bir neçə ABŞ rəsmisinin sözlərinə görə, boğazın böyük hissəsi minalardan təmizlənib və son həftələrdə cənub zolağından keçən tankerlərin sayı kəskin artıb.

Lakin Tehran bu iddiaları qətiyyətlə təkzib edib. İran xarici işlər nazirinin müavini Kazım Qərib-Abadi ABŞ tərəfinin boğazın minalardan təmizlənməsi barədə bəyanatlarını “təbliğat yalanı” adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью