İndi də Namiqə duet oxumaram İradə İbrahimova

03.11.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni İradə İbrahimova meyxanaçı Namiq Qaraçuxurlunun təklifinə etiraz etməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi “Kəşfet” proqramında N.Qaraçuxurlu ilə bağlı suala belə reaksiya verib:

“Namiq Qaraçuxurludan təklif gəlmişdi. Yeni parıldayırdım, estradada özümü tanıtmağa çalışırdım. Gəlib elə qarmaqarışıqlıq edə bilməzdim. Özümü təsdiqləsəydim, edərdim".

İ.İbrahimova "İndi duet oxuyarsan" sualına "İndi də etməzdim. Böyük cəsarətdir” cavabını verib.

Qeyd edək ki, Qaraçuxurlu illər əvvəl "Cavanlıq səhvi" mahnısını duet oxumaq üçün İradəyə təklif edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью