İndi də Yaponiyada meşə yanğını başlayıb

17.01.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarından danışarkən, bu dəfə Yaponiyada yanğın panikası yaşanıb.

Bizimyol.info xəbər verir ki, Yerli hakimiyyət orqanlarının mətbuata verdiyi məlumata görə, yanğın yerli vaxtla saat 09:40 radələrində Xirosima prefekturasının Etajima şəhərindəki meşəlik ərazidə baş verib.

Qurumun Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus təlim poliqonunun sərhədləri daxilində olduğu və yanğın zamanı partlayıcı təlimlərin keçirildiyi bildirilib.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın narahatlıq yaradıb. Bölgə yaxınlığındakı qocalar evində qalan 150 nəfərin təhlükəsizlik məqsədi ilə təxliyə edildiyi, ilkin məlumata görə, ölən və ya yaralananın olmadığı bildirilib. Çox sayda yanğınsöndürmə qrupunun alovla mübarizəni davam etdirdiyi qeyd edilib.

Polis yanğının dəqiq səbəbini və sahədəki hərbi təlimlə bağlı olub-olmadığını müəyyən etmək üçün araşdırmalara başlanıldığını bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью