İndi deyirsiniz yəni yerlərin hamısı tutulub..? | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rus mütəxəssislər Rusiyaya qayıtmaq istəyən şirkətlərin onların yeni əvəzediciləri tərəfindən xoş qarşılanmaya biləcəyini deyirlər...
...Rusların yazdığına görə, əvvəllər ölkəni tərk etmiş 350-yə qədər xarici şirkət Rusiyaya qayıda bilər.
Onların arasında müxtəlif sektorların brendləri, o cümlədən iaşə, geyim və s.var.
SİA-nın məlumatına görə, Rusiyanın KokocGroup biznesin inkişafı platformasının ekspertləri hesab edirlər ki, gəlir dalğası 2025-ci ildə başlayacaq.
Potensial geri dönənlər arasında Zara, Massimo Dutti və Bershka kimi brendlərin sahibi olan Inditex, həmçinin PepsiCo, Coca-Cola, Apple, Microsoft, Nike və Ford kimi nəhəng şirkətlər var.
İqtisadçı Roman Korotkov qeyd edib ki, əhəmiyyətli investisiyalar tələb etməyən brendlər Rusiya bazarına tez uyğunlaşa və qazanc əldə etməyə başlayacaq.
Lakin Qərb brendlərini əvəz edən şirkətlər üçün vəziyyət daha çətin olacaq.
Tam oxu
Xəbəri oxu