İndi hamıya sənətkar deyirlər

15.04.2025

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İndi hamıya "sənətkar" deyirlər. Bilən də, bilməyən də".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov "Günə bax" verilişində deyib. O, son günlər müzakirə mövzusuna çevrilən "sənətkar" sözünün hamıya şamil edilməsinə etirazını bildirib:

"Bu sözün mənası var. Öz sənətinin peşəkarına "sənətkar" deyərlər. Bəzən tələbə deyir ki, mənim ustadım filankəsdir. Qıcıq yaranır. Ustad 30 yaşında biri də ola bilər. Bir var, hansısa gənc ifaçıya deyəsən, "muğam sənətinin ustadı", bu başqa mənadadır. Ustaqdlarımız var ki, dünyasını dəyişiblər, amma biz yenə də onlardan bəhrələnirik. Muğamla yanaşı, estrada sahəsində də sənətkarlar var. Onlardan bəhrələnib mahnı ifa edirlər.

Sənətkar həm də o davranışı ilə bunu sübut etməlidir. Sənətinə uyğun davranmalıdır". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью