İndi İtaliyada çox az sayda ustedad var Françesko Totti

04.03.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Roma"nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti hazırda ölkəsində istedadlı futbolçuların çox az olduğunu deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"İndi İtaliyada çox az sayda istedad var. Məsələn, bir vaxtlar "Breşia"da Xosep Qvardiola və Roberto Baco oynayırdı. Bu gün isə onların futbolçularının adlarını bilmirik".

Xatırladaq ki, Totti 1992-2017-ci illər aralığında "Roma"da çıxış edib. "Canavarlar"ın forması ilə ümumilikdə 783 matça çıxan keçmiş forvard 307 qol və 209 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2017-2019-cu illərdə paytaxt təmsilçisinin idman direktoru qismində fəaliyyət göstərib.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью