İndi Konstitusiyamız da Şuşa kimi azaddır

05.11.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“2003-cü ildə İlham Əliyevin prezident seçilməsi bir vaxtlar Ceferson Amerikasında olduğu kimi konstitusion keçid, Ulu Öndərdən sonra məchulluq istəyənlərə millətimizin layiqli cavabı və gələcək Zəfərimizin əsası oldu”. 

Ölkə.Az xəbər verir ki, bu sözləri bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfransda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc deyib.

“Beləliklə, nə 2005-ci ilin məxməri inqilabı, nə də sonrakı  dövrdə xarici siyasi müdaxilə və təzyiqlər, milli iradəni Brüssel, Strasburq, Moskva  və digər paytaxtlardan yönləndirmək cəhdləri fayda vermədi.

Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Ana qanunda “ərazilər toxunulmazdır”, yazılsa da reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. 
İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” müddəası sənəddə yox, torpaqda qanla möhürlənib. Zəfər qanunu şəhidlərimiz təsdiqlədi. Biz savaşa müasir hərbi texnologiyalardan qabaq, hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, lakin haqlı olduğumuz üçün qalib gəldik.

İndi Konstitusiyamız da Şuşa kimi azaddır. Qarabağ tarixdə ilk dəfə, dağıdıcılıq deyil, quruculuq və bütövlük məkanıdır. Bakı ərazi itkilərinin günahkarlarına yox, işğalçı qüvvələrin məhkəmə salonuna çevrilib. Azərbaycanın taleyi yad paytaxtlarda bizsiz həll olunmur, öz torpaqlarımızda müəyyənləşir. “Erməni məsələsi” tariximizdə ilk dəfə dinc və könüllü şəkildə ölkə ərazisindən kənara çıxıb və milli dövlətçiliyimiz üçün mina rolunu itirib.

İndi ərazi bütövlüyümüz bütövlüyümüzün ərazisidir. 2020-ci ilin silahlı savaşı xarici himayəli işğala son qoyduğuna görə əsil milli azadlıq hadisəsidir. Yəni, müstəqillik, təkcə sovetlərdən qurtulmaq deyil, həm də beynəlmiləl güclərin 30 ildə birgə caynağından xilas olmaqdır. Vətən müharibəsi Qurtuluş savaşı olduğu üçün 8 noyabr Şuşa və 20 sentyabr Xankəndi Zəfəri milli azadlıq günləridir.

Bəli, ən böyük suverenlik müstəqil, xaricdən idarə olunmayan liderə, güclü dövlətə və yenilməz xalqa malik olmaqdır.

Qələbəmiz 90-cı illər işğalının və ərazi iddialarının proqramına çevrilən Ermənistan Konstitusiyasını da dəyişir. Konstitsiyamız da döyüşür- İrəvanda on illərdir düşmənçilik qanunları, kilsənin savaş ayinləri, nifaq kitabları, işğal dərslikləri dinc qonşuluq və əminamanlıq aktları ilə əvəzlənir”.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью