Icma.az bildirir, Olke.az portalına istinadən.
Sədrlik uğrunda təşkilatın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi Həmidə Ömərova mübarizə aparacaq.
AKİ ilə bağlı məsələlər gündəmdə olduğu bir dövrdə təşkilatın 36 il əvvəl - 1990-cı ildə keçirilən VII qurultayının görüntüləri yayılıb.
Videonu rejissor İmam Məcidov paylaşıb.
VII qurultayla bağlı hazırlanan reportaj mərhum aktyor, Xalq artisti Ramiz Məlikovun müəllifi olduğu və AzTV-də yayımlanan “Kino.Aktyor.Rol” verilişində efirə gedib.
Bəlkə də tarix üçün 36 il böyük zaman deyil. Amma insan ömrü haqqında bunu demək olmaz.
36 il əvvəl qurultayda çəkilən videoda yer alan böyük sənətkarların əksəriyyəti artıq həyatda yoxdur. Onlar arasında xalq artistləri Rüstəm İbrahimbəyov, Rasim Balayev, Xəyyam Mirzəzadə, Eldəniz Zeynalov və Vasif Adıgözəlov da var.
Həmin videonu təqdim edirik.
Həmidə İbrahimova