Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Münhen konfransından sonra Rusiyanın əsas rəqibi artıq ABŞ deyil, Avropa Birliyidir.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Rar deyib.
“Münhen Təhlükəsizlik Konfransı Transatlantik əlaqələrin mümkün sonunu göstərir. Dünən vassal kimi Vaşinqtona tabe olan avropalılar indi öz siyasətçilərinin ağzı ilə “Böyük qardaş”la münasibətləri kəsirlər. Avropa ABŞ-dan fərqli olaraq, Rusiya ilə sövdələşməni qəbul etməyəcək. London, Paris, Berlin, Brüssel, Varşava, Kopenhagen, Stokholm - hamısı Rusiyanın təcavüzkar, Ukraynanın isə qurban və tarixin sağ tərəfində olmasına əsaslanaraq, Rusiyanın döyüş meydanında məğlub olmasına inanırlar”, - Rar bildirib.