İndi yenidən toparlanmalı və ayağa qalxmalıyıq Lautaro Martines

01.06.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının dünən keçirilən final oyununda PSJ-yə 0:5 hesabı ilə uduzan "İnter"in hücumçusu və kapitanı Lautaro Martines həlledici matçdan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçu "Sky Sports"a danışıb:

"Heç nəyi istədiyimiz kimi edə bilmədik. PSJ-ni təbrik edirəm. Onlar səhvə yol vermədilər və qələbəyə layiq idilər.

Mən komandamla, klubumla, baş məşqçimlə fəxr edirəm. Heç bir mükafat qazanmasaq da, əla mövsüm keçirdik. İndi yenidən toparlanmalı, ayağa qalxmalıyıq. Üzgünük, amma fəxr edirəm".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью