İndiki 150 bal, əvvəlki 2 deməkdir

12.08.2026

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İndi müxtəlif ali təhsil müəssisələrinə qəbul olmaq , bizim vaxtımızla müqayisədə çox asandır. Belə ki, indi Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üzrə keçirdiyi imtahanlarda 150 bal və ondan da aşağı bal toplayan abituriyentlər bir çox ali məktəblərə asanlıqla qəbul ola bilir.

Əgər bizim vaxtımızda 90 məzundan 3-4- ü ali təhsil ocaqlarına qəbul olunurdusa, indi 90 məzundan 80-i ali məktəblərə , 10-u isə orta ixtisas və peşə təhsili məktəblərinə qəbul olur! Burada pis heç nə yoxdur. Pis odur  ki, həmin tələbələrin əksəriyyəti ali məktəbləri qurtarandan sonra  iş tapa bilmirlər.

Peşə məktəblərini deyə bilmərik , çünki bu gün bir çox peşələrə ölkəmizdə böyük ehtiyac var! Rəngsaz , dülgər, bərbər, maşın ustasına, santexnikə   demək olar ki,bu gün kifayət qədər iş yerləri  var. Özü də yüksək maaşla ha! Bəs ,onda nə üçün gənclərimiz peşə təhsilindən çox ali məktəblərə üz tuturlar? Bax bu suala birmənalı cavab vermək mümkün deyil.Çünki əksər gənclər" prestij" xatirinə bu təhsil ocaqlarında oxumağa üstünlük verirlər.

Tay fikirləşmirlər ki, həmin məktəbi bitirəndən sonra çoxu işsiz qalacaq! Ona görə də gənclərimiz bu barədə ciddi düşünməlidir.Gənclikdə səhv etmək olar. Amma peşə, sənət seçməkdə səhv etmək sonradan insana baha başa gəlir!!!

Emil FAİQOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью