İndiki müğənnilər üzlüdür, adam xəcalət çəkir

26.01.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Qızımla bir yaşayıram. Mən çöldən gətirirəm, o da ev işləri ilə məşğul olur. Qızım sağ əlimdir, o olmasa bataram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Bir gün" proqramında deyib. Qarmon ifaçısı övladından danışıb. O bildirib ki, qızı da müğənni olmaq istəyib, amma icazə verməyib:

"Allah hərəyə bir taleh yazıb. Hamı istəyir balası xoşbəxt olsun. Övladlarım özləri seçib, ailə qurub. Qızım sənətə gəlmək isdəti qoymadım. Üzlü olmalısan. İndikiləri görürsünüz? Əvvəlkilər başqa idi. Amma bimirəm nədəndir. Yaxşılığa doğru getmirik. Xalqın arasındayam, hərdən avtobusa da minirəm. Adam xəcalət çəkir. Bilmirəm onlar özlərinə uzaqdan baxır ya yox. Ya da ailələrindəki onlara baxır? Demir ki, niyə belə edirsən?".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью