Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İndiki müğənnilərə bir kəlimə söz deyirsən tərbiyəsizlik edirlər”
Aparıcı Elgiz Əkbər gənc ifaçıların sənətkarlara qarşı qeyri-etik davranışlarını tənqid edib.
OLAY yazır ki, bununla bağlı Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişində deyib.
E.Əkbər həmin ifaçıları tərbiyəsiz adlandırıb:
“İndiki müğənnilərə bir kəlimə söz deyirsən utanmadan böyük tərbiyəsizlik edirlər. Bunu mən özümə qarşı demirəm. Bunu mən özüm görürəm. Misal üçün filan müğənni filan verilişdə adını çəkib, yaşda böyükdür, təcrübəlidir. Adam Xalq artisti fəxri adını daşıyır. Hələ sən sevinki, bu insan sənin adını çəkir. Utanmadan onun üzünü qayıdırlar. Tərbiyəsizlər!”