İndiki qızların gözü tez açılır Övladlarını satan valideynlər haqqında niyə tədbir görülmü…
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Azərbaycanda hələ də gənc qızların həyatına müdaxilə edilir. Bəli, söhbət məcburi evliliklərdən gedir.
Məcburi evliliklər rəsmi statistikalarda görünmürlər, amma minlərlə ailənin faciəsinə çevrilirlər.
Bu evliliklər insanın ən dəyərli illərini oğurlayır, onu bədbəxt və ümidsiz insana çevirirlər.
Doğrudur, oğlanlar da məcburi evliliyin qurbanı ola bilirlər, ancaq bu problemdən daha çox qızlar əziyyət çəkir.
Çox vaxt qızların məktəbi bitirməsini belə gözləmək istəmirlər. 9-10-cu siniflərdən onların tezbazar “başını bağlamaq” istəyirlər.
Dindirəndə də deyirlər ki, indiki qızların gözü tez açılır. Nə qədər erkən, o qədər yaxşı.
Məcburi evliliklərdə adətən qızların yaşı 15-17, hətta bəzən daha aşağı, oğlanların, daha doğrusu, kişilərin yaşı isə 35 və daha yuxarı olur.
Tam oxu
Xəbəri oxu