Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Bu gün aktual olan mövzulardan biri orta məktəb şagirdlərinin qiymətləndirilməsi və imtahanların sayının azaldılmasıdır. Daha çox bu məsələ ilə bağlı valideynlər və təhsil mütəxəssisləri xüsusi təşəbbüs edirlər ki, imtahanların sayı azalsın. Hər bir fənni tədris edən müəllimin biliyi, bacarığı şagirdin necə mənimsəməsini müəyyən etməlidir. Bunu müəyyən etmək üçün bir ölçü meyarı olmalıdır".
Bunu Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli bildirdi.
"Bəzi yaşlı valideynlərimiz, babalar, nənələr düşünürlər ki, elə əvvəlki illərdə olduğu kimi rüblük qiymətləndirmə, sonra illik qiymətləndirmə olmalıdır. Amma indi 10 ildən artıqdır ki, kurikulum sisteminə qoşulmuşuq. İndiki zaman, qayda, qanun diktə edir ki, KSQ, BSQ edək.
Bəziləri təklif edir ki, qiymətləndirmə Elm və Təhsil Nazirliyinin tabeliyində keçirilsin, bəziləri deyir, bu, elektron qaydada keçirilsin, bəziləri də deyir ki, yox, elə kağız üzərində olsun, uşaq özünü daha yaxşı ifadə edə bilir. Bəzi təşəbbüskar valideynlər var ki, vaxtaşırı bu məsələni gündəmdə saxlayırlar, sosial şəbəkələr üzərindən, digər media qurumlarından da buna dəstək verilir və nəticədə uyğunsuz bir vəziyyət yaranır. Bu, təsdiq olunmuş qaydalardır. Hələ yeni qanun qəbul olunmayana qədər hamı mövcud qanunlara tabelik göstərməlidir", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI