Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu bərədə yanğın baş verib.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 41 nəfər itkin düşüb.
Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, 225 nəfər xilas edilib.
Qeyd olunur ki, bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Sulavesi əyalətinin Makassar şəhərinə gedirmiş.
Axtarış-xilasetmə əməliyyatları davam edir.