İndiyə qədər 755 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb

21.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.

O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb, 2079 nəfər onları geri qaytarıb.

Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью