Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İndiyə qədər mahnılarımı pulla satmamışam, çünki onların əsl qiymətini bilmirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bunu prodüser Asif Kərimov mətbuat konfransında deyib.
O bildirib ki, mahnının dəyəri ona görə ödənilən məbləğlə deyil, müğənninin yaradıcılığına və karyerasına təsiri ilə ölçülür:
“Mən öz mahnımın qiymətini bilmirəm. Onun qiyməti milyon da ola bilər, bir qəpik də. Bir mahnı yazarsan, müğənnini göylərə qaldırar, bir mahnı da yazarsan, 5 min alarsan, heç nə olmaz, beş gün çəkər. Əgər mahnı yaxşı alınacaqsa, onun qiyməti milyondur, heç nə olmayacaqsa, bir qəpik. Bu qədər”.
Zeynəb Rzayeva