Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp üzərində öz imzası olan 100 dollarlıq əsginasın şəklini paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, paylaşım Trampın “Truth Social” sosial şəbəkəsindəki hesabında edilib.
Şəkildə dövlət başçısının imzası ABŞ-nin maliyyə naziri Skott Bessentin imzasının üstündə yerləşdirilib.
Qeyd edək ki, indiyədək 100 dollarlıq əsginaslarda yalnız ABŞ maliyyə nazirinin və xəzinədarının imzaları olub, prezidentin imzası olmayıb. Daha əvvəl Skott Bessent hazırkı administrasiyanın ABŞ-nin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə əsginasların üzərinə Trampın imzasını əlavə etməyi planlaşdırdıqlarını açıqlamışdı.
Lakin belə əsginasların çapına artıq başlanılıb-başlanılmadığı hələlik məlum deyil.