İndiyədək 32 mindən çox uşağın məktəbəqədər təhsil müəssisələrinə qəbulu təsdiqlənib

12.08.2025

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiyədək ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesi ilə bağlı 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib. 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью