İndiyədək 37 yaşayış məntəqəsinə köç olub

23.01.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu günədək ümumilikdə azad edilmiş ərazilərin 37 yaşayış məntəqəsinə köç həyata keçirilib.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, səkkiz şəhər olmaqla, üç qəsəbə və 26 kəndə qayıdış olub.

"Ümumilikdə Şərqi Zəngəzur və Qarabağda 73 mindən çox soydaşımız məskunlaşıb. Onlar təhsil alır, bərpa-quruculuq işlərinə cəlb edilib və digər sahələrdə fəaliyyət göstərir. Həmçinin dövlət qurumlarının yenidən təsis edilmiş bölmələrində çalışırlar", - deyə sədr müavini qeyd edib.

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью