İndiyədək TANAP la nə qədər qaz məql etmişik?

30.11.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndiyədək Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) vasitəsilə ümumilikdə 89 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edilib və bunun 53 milyard kubmetrdən çoxu Avropa bazarlarına çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cənub Qaz Dəhlizinin bu strateji halqası Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyan enerji körpüsünə çevrilərək regionun enerji xəritəsini dəyişib.

Qeyd edək ki, bu gün TANAP-ın Avropa ilə birləşən hissəsinin (ikinci faza) rəsmi açılışından 6 il ötür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью