İndiyədək yollarda neçə elektron tərəzi yerləşdirilib? AÇIQLAMA (VİDEO) | Icma.az
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan av
Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır.
1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.
Artıq 1-ci mərhələ üzrə 4 yerdə 6 tərəzinin quraşdırılması işləri tamamlanıb, 7 yerdə 11 tərəzinin qısa müddət ərzində istismara verilməsi planlaşdırılır: M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
Tam oxu
Xəbəri oxu