İndoneziya batmış balıqçı gəmisinin 10 heyət üzvünü axtarır

16.12.2025

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İndoneziya xilasetmə xidmətləri Yava dənizində batan balıqçı gəmisinin 10 heyət üzvünü axtarır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Antara" xəbər agentliyi respublikanın Milli Axtarış və Xilasetmə Agentliyinin yerli bölməsinə istinadən məlumat yayıb.
Departamentin qeyd etdiyi kimi, gəmi fırtınaya düşüb və İndramayu şəhəri (Qərbi Yava əyaləti) yaxınlığında çevrilib. Gəmidə 18 nəfər olub və hamısı suya düşüb.
Axtarış əməliyyatında xilasetmə agentliyinin və İndoneziya Hərbi Dəniz Qüvvələrinin bir neçə bölməsi iştirak edir. Bu günə qədər 8 heyət üzvü xilas edilib, 10 nəfərin taleyi hələ də məlum deyil.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью