İndoneziya BRİKSin üzvü olmaq istəyir

18.12.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BRİKS-in tərəfdaş ölkəsi statusunu almış İndoneziya tamhüquqlu üzvü kimi assosiasiyaya qoşulmaq niyyətindədir. Bunu İndoneziyanın Rusiya Federasiyasındakı səfiri Xose Antonio Morato Tavares bildirib.
Manset.az bu barədə xarici meadiaya istinadən xəbər verir.
"İndoneziya BRİKS-ə qoşulmaqda maraqlıdır. İndi biz tərəfdaş ölkəsi statusunu almışıq. Ümid edirik ki, İndoneziya təşkilatın tamhüquqlu üzvü ola biləcək", -  о, Rusiya ilə İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunmuş çıxışı zamanı deyib.
Diplomat həmçinin qeyd edib ki, İndoneziya ilə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlar davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью