İndoneziya cari ildə dabaq xəstəliyinə qarşı 4 milyon doza peyvənd paylayacaq

09.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 fevral, AZƏRTAC

İndoneziya Kənd Təsərrüfatı Nazirliyi 2026-cı ildə ölkə üzrə 4 milyon doza dabaq xəstəliyi peyvəndi təqdim edəcək.

AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu tədbir heyvan xəstəliklərinin qarşısını almaq və heyvandarlığı qorumaq məqsədi daşıyır. Qərbi Yavada 177 dabaq xəstəliyi qeydə alındığı üçün nazirlik bu bölgəyə 151 min doza peyvənd ayırıb. Bildirilib ki, peyvəndlər yanvar–mart və iyul–avqust aylarında iki mərhələdə paylanılacaq.

Nazirlik vurğulayır ki, peyvəndlə yanaşı, avadanlıqlarla bağlı biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir. Yerli orqanlar və fermerlər xəstəliyə qarşı diqqətli və operativ olmalıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью