İndoneziya Hindistanla “BrahMos” raketlərinin alışına dair danışıqlar aparır

11.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İndoneziya “BrahMos” qanadlı raketlərini əldə etmək istəyi ilə Hindistana müraciət edib.

APA xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İndoneziya Müdafiə Nazirliyi 450 milyon dollarlıq “BrahMos” sövdələşməsi ilə bağlı Hindistanın Cakartadakı səfirliyinə məktub göndərib.

Hindistan tərəfi İndoneziya tərəfdaşlarına ya Hindistan Dövlət Bankından, ya da digər Hindistan milli banklarından kredit təklif edir.

Təfərrüatlar üzərində iş aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью