Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, nazirin sözlərinə görə, əsgərlər tikinti və tibbi tapşırıqları yerinə yetirəcəklər, lakin təhlükəsizliklə məşğul olub-olmayacağını dəqiqləşdirməyiblər.
"Qəzzaya göndərilmə ilə bağlı hələ də əlavə qərarlar gözləyirik", - deyə Subianto bildirib.
Xatırladaq ki, aprel ayında İndoneziya prezidenti ölkəsinin Qəzzadan fələstinliləri qəbul etməyə hazır olduğunu açıqlamışdı.
O, Xarici İşlər Nazirliyinə Fələstin nümayəndələri və mütəxəssisləri ilə Qəzzalıların İndoneziyaya təxliyəsi mexanizmini müzakirə etməyi tapşırıb. Prezidentin sözlərinə görə, İndoneziya "Qəzzadakı müharibədən zərər çəkmiş fələstinlilərə müvəqqəti sığınacaq verməyə və yaralıları, xəsarət alanları və yetimləri təxliyə etməyə hazırdır".
Qadir, Bizimyol.info