İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ olub

16.12.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndoneziya sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 69 km cənub-qərbdə, ocağı 62 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью