Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın vaxtlarda İndoneziyanın xarici işlər nazirinin müavini və investisiyalar nazirinin müavini Azərbaycana səfər edəcəklər.
Bu barədə "Report"a İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bildirib.
"İndoneziyanın xarici işlər nazirinin müavini sentyabr və ya oktyabrda Azərbaycana gələcək. Bundan əlavə, investisiyalar nazirinin müavininin səfəri gözlənilir. İki fərqli nümayəndə heyəti olacaq", - diplomat qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin