Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İndoneziyada Sumatra və Yava adaları arasında Anak Krakatau vulkanının püskürməsi 1500-dən çox reysin təxirə salınmasına səbəb olub.
Bakıvaxtı.az "The Jakarta Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Dudi Purvagandi açıqlama verib.
O, bildirib ki, hazırda səkkiz hava limanında 1558 uçuş təxirə salınıb və bu, 170 min sərnişinə təsir edib.
Bundan başqa, vulkan külü səbəbindən səkkiz hava limanı bağlanıb.
Gülşən Şərif