İndoneziyada 2 malayziyalı pilot həbs edildi

11.09.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tangerenge şəhərindəki Sukarno-Hatta hava limanında malayziyalı pilot həbs edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun əl çantası yoxlanılarkən oradan 26 kq narkotik maddə aşkarlanıb.

Bu hadisə hələ iyul ayında baş verib. Axtarış zamanı çantadan pilota məxsus 1 şüşə sidik də tapılıb. Güman olunur ki, 39 yaşlı pilot bunu ondan analiz götürülərkən nəticələri saxtalaşdırmaq məqsədilə edib.

Srağagün isə məlum olub ki, bu işlə əlaqəsi olan daha bir malayziyalı pilot saxlanılıb. 30 yaşlı kişi narkotik daşımaçılığından gələn gəlirləri yerbəyer etməklə məşğul imiş.

Qeyd edək ki, istintaq sirri olaraq pilotların adları və hansı aviaşirkətin əməkdaşları olduqları açıqlanmır.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью