İndoneziyada 280 sərnişin olan gəmidə yanğın Ölənlər var FOTOlar

20.07.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İndoneziya sahillərində göyərtəsində 280 sərnişin olan "Barcelona VA" sərnişin gəmisində yanğın baş verib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ilə bağlı yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, gəmi Talaud dairəsinin Manado limanından çıxıb və Talise adası yaxınlığında alovlanıb. Yanğın baş verdikdən sonra sərnişinlərin bir çoxu canlarını xilas etmək üçün dənizə atılıb.

Rəsmilərin verdiyi məlumata görə, hadisə nəticəsində azı 4 nəfər həyatını itirib.

Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto bildirib ki, indiyədək 150 turist təxliyə edilib, lakin digər sərnişinlərin taleyi hələ də naməlum olaraq qalır. Axtarış-xilasetmə işləri davam etdirilir.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью