İndoneziyada 6,2 maqnitudalı ZƏLZƏLƏ baş verdi

03.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin (ESMC) məlumatında bildirilib.
Qeyd olunub ki, zəlzələnin episentri təxminən 101 min nəfərin yaşadığı Ternate şəhərindən 115 km şimalda yerləşib. Zəlzələnin ocağı 121 km dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью