Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Vaksakay kəndinə gedən meşəlik ərazidən keçən 35 yaşlı yerli sakin Hasim Lumbessi nəhəng torlu pitonun hücumuna məruz qalıb.
Sürünən kolluqların arasından qəfil çıxaraq kişinin ayağından dişləyib, daha sonra bədəninə dolanaraq onu boğub. Kişinin yoxa çıxdığına görə narahat olan qohumları onun axtarışına çıxıblar.
Axtarış zamanı meşə cığırında qan izləri, itkin şəxsin bel çantası, çantası və sandalını aşkar edən yaxınları kənd sakinlərindən kömək istəyiblər. Cəngəllikdə aparılan axtarışlar zamanı sakinlər qarnı qeyri-adi dərəcədə şişmiş nəhəng piton aşkar ediblər.
Kəndlilər ilanı yararaq onun daxilində həlak olan şəxsin cəsədini tapıblar. Daha sonra meyit dəfn hazırlıqları üçün kəndə aparılıb.
Yerli polis rəisi Handres sakinlərə müraciət edərək onları son dərəcə ehtiyatlı olmağa çağırıb.
“Bu ərazi hələ də vəhşi heyvanların yaşayış məskənidir. Buna görə də ictimaiyyəti bağlara gedərkən diqqətli olmağa çağırırıq. Mümkün olduqca, insanlar bu cür hadisələrin riskini azaltmaq üçün meşəyə tək deyil, iki və daha çox şəxslər halında getməlidirlər”, – deyə Handres bildirib.
Torlu pitonlar planetin ən uzun ilan növlərindən hesab olunur. Zəhərsiz olan bu ilanlar ovlarını güclü bədən halqaları ilə sıxaraq öldürür, daha sonra isə bütöv şəkildə udurlar. Regionda sürünənlərin insanlara hücumu ilə bağlı bu, ilk hadisə deyil.
Bizimyol.info