İndoneziyada 7,7 ballıq zəlzələ: 53 ölü, fövqəladə vəziyyət

17.08.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İndoneziyanın Flores bölgəsində baş verən 7,7 bal gücündə zəlzələdə ölənlərin sayı 53-ə çatb, 135 nəfər yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, təbii fəlakətlə əlaqədar ərazidə 14 günlük fövqəladə vəziyyət elan edilib.

Zəlzələ nəticəsində 900-dən çox ev dağılıb, 5 minə yaxın sakin sığınacaqlara yerləşdirilib. Axtarış-xilasetmə işləri elektrik kəsintiləri fonunda davam etdirilir.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью