Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, zəlzələ yerli vaxtla saat 05:58-də, 10 kilometr dərinlikdə qeydə alınıb. Episentr Ende şəhərindən 68 kilometr şimal-qərbdə yerləşib.
İlkin məlumata görə təbii fəlakət nəticəsində azı iki nəfər ölüb, iki nəfər yaralanıb, bir sıra binalar dağılıb. Zəlzələdən sonra bölgədə bir neçə afterşok qeydə alınıb.
Hakimiyyət orqanları əvvəlcə bir sıra əyalətlər üçün sunami xəbərdarlığı elan edib və sahilyanı sakinləri yüksək ərazilərə köçməyə çağırıb. Lakin dəniz səviyyəsində təhlükəli dəyişiklik qeydə alınmadığından xəbərdarlıq sonradan ləğv edilib.
Zəlzələ Flores adasının böyük hissəsində hiss olunub. Bir sıra xəstəxanalarda pasiyentlər ehtiyat tədbiri olaraq təxliyə edilərək müvəqqəti müalicə məntəqələri yaradılıb.
Bizimyol.info