İndoneziyada avtobus qəzası: 16 nəfər ölüb, 18 nəfər yaralanıb

22.12.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndoneziyada avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həlak olub, 18 nəfər isə xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Semaranq şəhəri dairəsinin axtarış-xilasetmə xidmətinin rəhbəri Kompas nəşrinin YouTube kanalında məlumat verib.

Onun sözlərinə görə, son məlumatlara əsasən, xəsarət alanlardan biri xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Qeyd olunub ki, avtobus Cakarta–Cokyakarta marşrutu üzrə yüksək sürətlə hərəkət edərkən yol kənarındakı qoruyucu baryerə çırpılıb və aşıb.
Qəza nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib və hazırda həkimlərin nəzarəti altındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью