İndoneziyada baş verən zəlzələ nəticəsində beş nəfər ölüb

15.08.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zəlzələdən sonra böyük sunami təhlükəsi barədə xəbərdarlıq edilib

İndoneziyada baş verən zəlzələ nəticəsində beş nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti Şərqi Nusa Tengqara əyalətinin qubernatoruna istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, uçmuş binaların dağıntıları altında beş nəfər ölüb.

Qeyd edək ki, İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. İlkin təkandan sonra güclü təkanlar baş verib. Flores adası sahillərində yaşayan sakinlərə sunami təhlükəsi səbəbindən evlərini tərk etmələri və sahildən ən azı 2 kilometr məsafədə qalmaları tövsiyə edilib.

“Jakarta Globe” qəzetinin məlumatına görə, adada dövlət və yaşayış binaları, məktəblər, tibb müəssisələri və dini qurumlar zərər görüb.

Yerli hakimiyyət orqanları bir neçə ərazidə artıq bir metr hündürlüyə qədər dalğaların qeydə alındığı ciddi böyük sunami təhlükəsi barədə xəbərdarlıq edib. İnsanlara sahil ərazilərini tərk etmələri tövsiyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью