İndoneziyada daş karxanasında uçqun olub, ölən və yaralananlar var

30.05.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndoneziyanın Qərbi Yava adasındakı daş karxanasında baş verən uçqun nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Kompas TV” məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı işçilərdən bəziləri dağıntılar altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью