İndoneziyada daşqınlar 18 mindən çox insana təsir edib

23.11.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Güclü yağışların yaratdığı daşqınlar İndoneziyanın Sumatra adasındakı Riau əyalətində təxminən 18 600 nəfərə təsir göstərib.

Bakıvaxtı.az Antara xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (BNPB) məlumat yayıb.

Məlumata görə, vətəndaşlara şiddətli daşqın və torpaq sürüşməsi riski ilə bağlı xəbərdarlıq verilib.

Qeyd olunub ki, əyalət miqyasında hidrometeoroloji fəlakət xəbərdarlığı ilə bağlı koordinasiya iclası keçiriləcək.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью