İndoneziyada Dukono vulkanı püskürməyə başlayıb

20.02.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Antara agentliyi məlumat yayıb. Bildirilib ki, Vulkan 2 kilometr yüksəkliyə kül sütunu atıb.

Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 4 kilometr radiusda olan əraziyə getməməyə və vulkanın ətrafında yaşayan insanlara külün yaratdığı təhlükələrdən qorunmaq üçün açıq havada olarkən maskalar taxmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью