Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İndoneziyanın Seram adasında yerli vaaulu qəbiləsi əsrlər boyu davam edən qədim adətlərini dəyişərək nadir molukk kakadusunun (şah kəkilli tutuquşu) qorunmasına böyük töhfə verib. Gənclərin həddi-büluğa çatmasını simvolizə edən "Sidaku" ritualında bundan sonra quşların ovlanması tamamilə dayandırılıb.
Aparılan elmi tədqiqatlar və yerli ağsaqqallarla uzunmüddətli müzakirələrdən sonra tərəflər ortaq məxrəcə gəliblər. Qəbilə üzvləri ayin üçün lazım olan lələkləri ov yolu ilə deyil, vəhşi təbiəti xilasetmə mərkəzlərində quşlardan təbii şəkildə düşən lələklərdən — xüsusi "lələk bankından" əldə etməyə başlayıblar.
Journal of Ethnobiology jurnalında dərc olunan araşdırma göstərib ki, tutuquşu populyasiyasına əsas zərbəni yerli adətlər deyil, qanunsuz kommersiya alveri vurur. Qəbilənin bu addımı mədəni irslə təbiətin mühafizəsinin qarşı-qarşıya qoyulmadan, çiyin-çiyinə qorunmasının ideal nümunəsinə çevrilib.
Hazırladı:
Arzu Əliyeva
XQ