Icma.az, 525.az portalına istinadən məlumat verir.
Dünən axşam saatlarında Pontianak şəhərində yüzlərlə sakin ölkədəki meşə yanğınlarından dolayı küçələrə axışıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, onların əsas tələbi yanğınlarla mübarizənin gücləndirilməsi və buna görə çəkilən xərclərin şişirdilməsi olub.
Etirazçılar Tancunqpur Universiteti ətrafında avtomobil təkərləri yandıraraq bir neçə küçəni bağlayıblar. Onlardan bəziləri aksiyanı dağıtmaq istəyən güc strukturlarının əməkdaşlarına daş və başqa əşyalar atıblar. Etiraz dalğasını yatırtmaq üçün polis şırnaqlarından və bibər qazından istifadə etməli olub.
4 tələbə polis tərəfindən saxlanılıb. Xəsarət alanlar barədə məlumat verilmir. Yalnız bir neçə polis əməkdaşına yüngül xəsarət yetirildiyi bildirilir.
Qeyd edək ki, paytaxt Cakartada keçirilən bənzər aksiya zamanı isə 11 nəfər saxlanılıb. Amma daha sonra sərbəst buraxılıb.
L.Tağıyeva