İndoneziyada göyərtəsində 280 nəfərin olduğu bərə alovlanıb

20.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu "KM Barselona VA" sərnişin bərəsi alovlanıb.

Oxu.Az bu barədə "The U.S. Sun" nəşrinə istinadla xəbər verir.

Sərnişinlərin çoxu təşviş içində dənizə tullanıblar.

"İnsanların çox olduğu bərədə irimiqyaslı yanğın baş verib. Sərnişinlər gəminin üstündən tullanmaq məcburiyyətində qalıblar. Ehtimallara görə, onlarla insan təcrid vəziyyətinə düşüb", - deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, aşağı göyərtələrdən qalın qara tüstü çıxmağa başlayandan sonra gəmidə çaxnaşma baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə sərnişinlərin qışqıraraq kömək istəmələrini əks etdirən videolar yayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью