İndoneziyada hava limanı işini dayandırıb

06.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İndoneziyanın Anak-Krakatau vulkanında baş verən silsilə püskürmələr paytaxtın Sukarno-Hatta hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hava limanının sosial şəbəkə hesablarında məlumat verilib.

"Anak-Krakatau vulkanında artan aktivlik səbəbindən Sukarno-Hatta beynəlxalq hava limanı aviareysləri müvəqqəti dayandırıb", - deyə məlumatda qeyd olunub.

Sukarno-Hatta hava limanı sərnişinlərə reyslərin statusu ilə bağlı aktual məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.

Anak-Krakatau vulkanında aktivliyin artması bu ilin iyulunda baş verib. Həmin vaxt yerli hakimiyyət orqanları təhlükə səviyyəsini dördballıq şkala üzrə üçüncü səviyyəyə qaldırıb.

1883-cü ildə Krakatau vulkanının püskürməsi nəticəsində təxminən 36 min nəfər həlak olub. 1927-ci ildə fəlakətin baş verdiyi ərazidə yeni vulkan – Anak-Krakatau ("Krakataunun oğlu") əmələ gəlib və hazırda da aktivliyini qoruyur.

2018-ci ilin dekabrında vulkanın bir hissəsinin çökməsi və ardınca sunaminin baş verməsi nəticəsində 430-dan çox insan həlak olub, təxminən 14 min nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью