İndoneziyada Levotobi vulkanı altı dəfə püskürüb

17.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 iyun, AZƏRTAC

İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanı altı dəfə püskürüb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Vulkanologiya və Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə nəticəsində vulkan külü Levotobi Laki-Laki kraterindən 1500 metr yüksəkliyə qalxıb.

Sakinlərə və turistlərə vulkan kraterindən 5 kilometr radiusda uzaq durmaq, həmçinin külün təsirindən qorunmaq üçün maskalardan istifadə etmək tövsiyə olunub.

Xatırladaq ki, İndoneziya Sakit okeanın “Alov Həlqəsi”ndə yerləşdiyi üçün yüksək vulkanik aktivlik zonası hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью