Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 5 may, AZƏRTAC
İndoneziyanın paytaxtı Cakartada baş verən daşqınlar nəticəsində 115 məhəllə, o cümlədən əsas yol sahələri su altında qalıb.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cakarta Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, suyun səviyyəsi 15 santimetrdən 2,4 metrə qədər dəyişir.
Agentlik rəsmiləri qeyd ediblər ki, bir sıra monitorinq məntəqələrində suyun səviyyəsinin artması daşqın risklərinin yüksəldiyini göstərir.