İndoneziyada məktəbin uçması nəticəsində ölənlərin sayı 36 ya çatıb

05.10.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İndoneziyada internat tipli məktəbin binasının uçması nəticəsində ölən şagirdlərin sayı 36-a çatıb.

Bu barədə "CNN Indonesia" Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dağıntılar altında qaldığı güman edilən daha 27 şagirdin meyitinin axtarışı artıq 7-ci gündür davam edir. Onların əksəriyyəti 13–19 yaş arası yeniyetmələrdir.

Axtarış-xilasetmə işlərinin 60 %-i artıq tamamlanıb. Agentlik işləri oktyabrın 6-a qədər başa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, sentyabrın 30-da İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı 100 nəfərdən çox insan xəsarət almışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью